Verner “Leyptsiq”in tarixinə düşdü
Almaniya millisinin futbolçusu Timo Verner “Leyptsiq”in tarixinə düşüb.
Komanda.az “Opta”-ya istinadən xəbər verir ki, 26 yaşlı hücumçu buna “Bohum”u 4:0 hesabı ilə məğlub etdikləri Bundesliqanın 8-ci tur oyununda nail olub.
Matçda dubla imza atan Verner komandanın heyətində 100 qol həddini aşan ilk oyunçu olub.
Verner avqustun əvvəlində “Çelsi”dən Bundesliqa təmsilçisinə qayıdıb. O, 2016-2020-ci illərdə də “Leyptsiq”in formasını geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin