“Atletiko”nun futbolçusunun məhkəməsi oldu – 36 minlik cərimə
Vergidən yayınmaqda ittiham olunan “Atletiko”nun futbolçusu Dieqo Koştanın məhkəməsi keçirilib.
Komanda.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Məhkəmə Koştaya 6 aylıq həbs cəzası verib. Futbolçunun həbs cəzası pul cəzasına çevrilib və Koşta 36 min avro ödəyəcək.
Son illərdə İspaniyada vergidən yayınma halları ilə bağlı xeyli məşhur futbolçu məhkəməlik olub və günahları sübuta yetirilib. İndiyə qədər Kriştiano Ronaldo, Lionel Messi, Xames Rodriqes, Radamel Falkao, Anxel Di Mariya, Neymar, Xavyer Maskerano, Marselo, İker Kasilyas, Luka Modriç, Aleksis Sançes, Dieqo Koşta və Fabio Koentrao kimi ulduz oyunçular vergidən yayındığı üçün cəzalandırılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin