Peşman deyil
“Çelsi”nin baş məşqçisi Frenk Lempard London klubundakı işindən söz açıb.
Komanda.az “The Guardian”-a istinadən xəbər verir ki, o, kluba kömək etmək üçün hazırkı postda olduğunu deyib, lakin bunun heç də asan olmadığını diqqətə çatdırıb:
“Çelsi”də ikinci dəfə baş məşqçi kimi çalışmaq təklifini ürəklə qəbul etdim. Bunun qısamüddətli olacağını bilirdim. Kluba kömək etmək üçün buradayam. Gəlin, etiraf edək: bu, heç də asan deyil.
Mövsümün qalan oyunlarında bizi nələrin gözləyəcəyinin fərqindəyəm. Turnir cədvəlinin yuxarı pillələrinə doğru yüksəlməyi gözləyirdim? Xeyr. Bəzi dəyişikliklər edə biləcəyimi düşünürdüm? Bəli, verdiyim qərardan peşman deyiləm, “Çelsi”də xoşbəxtəm”.
Lempard bir ay öncə – aprelin 6-da paytaxt klubunun baş məşqçisi təyin olunub. 45 yaşlı mütəxəssislə mövsümün sonunadək müqavilə imzalanıb.
Lempard 2001-2014-cü illərdə “Çelsi”də futbolçu kimi forma geyinib. O, 2019-2021-ci illərdə də komandanın baş məşqçisi olub.
“Zadəganlar” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 39 xalla 12-ci pillədə yer alır. 35-ci turda onlar “Bornmut” səfərinə yollanacaq. Matç bu gün, saat 18:00-da start götürəcək.
Bizi Facebook-da izləyin