Almaniya kubokunun 40 yaşlı rekordçusu
“Verder” klubu Almaniya kubokunun ilk turunda “Delmenhorst”u məğlub edərək, növbəti mərhələyə yüksəlib.
Komanda.az xəbər verir ki, 6:1 hesabıyla bitən matçda Bremen təmsilçisinin futbolçusu Klaudio Pizarro yeni rekorda imza atıb. Belə ki, perulu hücumçu sözügedən qarşılaşmada iki qol vuraraq, Almaniya kuboku tarixində dubla imza atan ən yaşlı futbolçu olub.
68 və 74-cü dəqiqələrdə fərqlənən Pizarro, bu rekorda 40 yaş 10 aylığında nail olub.
Pizarro yeni mövsümün sonunda karyerasını bitirəcəyini açıqlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin