Keyta “Verder”i qəzəbləndirib – FOTO
Nabi Keyta aprel ayında əsas heyətə düşməyəcəyini biləndə Almaniyanın “Verder” klubu ilə müqaviləni uzatmaqdan imtina etmişdi.
Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, yay transfer dönəmində “Verder” qvineyalı futbolçu ilə yenidən maraqlandı. Bremen klubu hətta onun icarə müddətində maaşını qismən ödəməyə hazır idi.
29 yaşlı yarımmüdafiəçi sözləşməni bəyənib, müayinədən keçib, lakin sonra qəfildən keçiddən imtina edib. Bu vəziyyət “Verder”i qəzəbləndirib. Keyta hazırda komandadan ayrı məşq edir.
Almaniya klubunun rəsmi saytında komandanın oyunçuları siyahısında Nabi Keytanın şəkli yoxdur. “Verder” qışda ondan qurtulmağa çalışacaq.
Keyta “Verder”ə “Liverpul”dan keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin