
“Verder” işini çətinə saldı
Futbol üzrə Almaniya Bundesliqasında 2019/20 mövsümünü 16-cı pillədə başa vuran “Verder” 2-ci Bundesliqanın üçüncüsü “Haydenhaym”la ilk pley-off matçına çıxıb.
Komanda.az xəbər verir ki, ilk qarşılaşma Bremen təmsilçisinin meydanında baş tutub. Tərəflər bu oyunda qolsuz heç-heçəyə razılaşıblar – 0:0.
Cavab qarşılaşması iyulun 6-da “Haydenhaym”ın meydanında keçiriləcək. Qalib gələcək komanda növbəti mövsümdə əsas Bundesliqada, məğlub isə 2-ci Bundesliqada mübarizə aparacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin