“Verder” baş məşqçisini qovdu

Almaniyanın “Verder” klubu baş məşqçisi Florian Kofeldtlə yollarını ayırıb.

Komanda.az Bremen klubunun rəsmi saytına istinadən xəbər verir ki, 39 yaşlı mütəxəssis uğursuz nəticələrə görə postundan uzaqlaşdırılıb.

“Verder”i Münhenqladbax “Borussiya”sı ilə Bundesliqanın mayın 22-də keçiriləcək son matçına Tomas Şaaf çıxaracaq. Şaaf daha əvvəl 14 il “Verder”in “sükanı arxasında” olub.

“Verder” Bundesliqada 33 oyundan sonra 31 xalla 16-cı sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button