Verratti Səudiyyə Ərəbistanı klubu ilə anlaşıb

PSJ-nin italiyalı yarımmüdafiəçisi Marko Verratti Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu ilə anlaşıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Əl-Hilal” 30 yaşlı futbolçu üçün PSJ-yə 50 milyon avro təklif etməyə hazırdır.

Cari transfer pəncərəsində “Əl-Hilal” artıq Ruben Neves, Sergey Milinkoviç-Saviç, Xalidu Kulibali və Malkom kimi futbolçuları heyətinə qatıb.

Verratti 2012-ci ildə İtaliyanın “Peskara” klubundan PSJ-yə keçib. Futbolçu Paris klubunun heyətində 300-dən çox matç keçirib. O, dəfələrlə Fransa çempionatının, superkubokunun və kubokunun qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button