Verratti milliyə qoşulmaqdan niyə imtina edib?
PSJ-nin yarımmüdafiəçisi Marko Verrattinin sentyabr ayında İtaliya millisinin heyətində yer almaması müzakirələrə səbəb olub.
Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, italiyalı yarımmüdafiəçinin millidə yer almaması baş məşqçi Luçano Spallettinin qərarı deyilmiş.
Belə ki, futbolçunun özü milliyə gəlməkdən imtina edib. O, gələn təkliflərlə bağlı qərar vermək üçün bir neçə görüşdə iştirak edəcək.
Verratti karyerasını Yaxın Şərqdə davam etdirmək qərarı ilə millinin məşqçilər heyətini də təəccübləndirib. Onun İtaliya millisindəki gələcəyi sual altındadır.
Verrattinin Səudiyyə Ərəbistanı və ya Qətər klublarından birinə keçəcəyi gözlənilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin