“Bu, fəlakət idi” – Verratti

İtaliya millisinin yarımmüdafiəçisi Marko Verratti yığma komandanın DÇ-2022-ni buraxmasından danışıb.

Komanda.az “İTASportPress”-ə istinadən xəbər verir ki, PSJ-nin üzvü, millinin DÇ-dən kənarda qalmasını fəlakət adlandırıb:

“Bu, fəlakət idi. Çox sərt təzad: əvvəlcə Avropa çempionu olduq, bir neçə ay sonra isə üzümüzə belə sillə vuruldu. Avropa çempionatındakı kimi oynaya bilmədik. Belə matçlarda səhv etsəz, səhvlərinizin əvəzini ödəyirsiz”.

İtaliya millisi martın 24-də pley-offda Şimali Makedoniyaya uduzaraq, 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatına vəsiqə qazana bilməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button