Mbappedən Verrattiyə: “Sənin üçün çox darıxacam”

PSJ-nin hücumçusu Kilian Mbappe yarımmüdafiəçi Marko Verrattinin Qətərin “Əl-Ərəbi” klubuna keçidini şərh edib.

Komanda.az xəbər verir ki, fransalı futbolçu sosial şəbəkədə keçmiş komanda yoldaşına təşəkkürlərini bildirib:

“Müstəsna oyunçu və insan! Bütün bu illər ərzində sənin yanında olmaq şərəfinə sahib olmaq böyük xoşbəxtlikdir. Burada keçirdiyin vaxt heç vaxt unudulmayacaq və ya diqqətdən kənarda qalmayacaq. Gördüyüm ən yaxşı oyunçulardan biri. Təşəkkürlər dostum, sənin üçün çox darıxacam”.

Verratti 2012-ci ilin iyulundan PSJ-də çıxış edirdi. O, komandada 416 matçda iştirak edib, 11 qol vurub və 61 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button