Yeni transferə bundan artıq nə lazımdır?
“Mançester Yunayted”in yeni hücumçusu Vaut Veqhorst İngiltərə Liqa kubokunun yarımfinal mərhələsinin “Nottingem Forest”lə ilk oyununu şərh edib (3:0).
Komanda.az BBC-yə istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın heyətində qol hesabını açan niderlandlı forvard onlar üçün əla gecə olduğunu bildirib:
“Bizim üçün əla gecə oldu. Gözəl nəticə qazandıq. Təbii ki, ilk matçda qələbə qazanmaq finala çıxmaq üçün əla imkandır. İlk qolumu vuranda çox sevindim. Futbolçu hər zaman ilk qolu vurmağı səbirsizliklə gözləyir. Bu, çox vacib an idi. Cavab qarşılaşmasına çıxaraq, adımızı finala yazdıracağıq”.
“Mançester Yunayted” – “Nottingem Forest” cütünün cavab qarşılaşması fevralın 1-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin