Azarkeşlərlə vidalaşdı – Gedir
“Beşiktaş” Türkiyə Super Liqasının 18-ci turu çərçivəsində “Kasımpaşa”nı məğlub edib (2:1).
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu matçdan sonra “qara qartallar”ın hücumçusu Vaut Veqhorst azarkeşlərlə vidalaşıb.
Yayılan məlumatlara görə, niderlandlı hücumçu karyerasını “Mançester Yunayted”də davam etdirə bilər. “Qırmızı şeytanlar”ın çalışdırıcısı Erik ten Haq da həmyerlisi ilə maraqlanır.
30 yaşlı Veqhorst bu mövsüm “Beşiktaş”ın heyətində Türkiyə Super Liqasında 16 oyuna çıxıb, 8 qol vurub və 4 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin