
Veqhorst Almaniya klubunda
Niderlandlı hücumçu Vaut Veqhorst icarə əsasında “Hoffenhaym”a keçib.
Komanda.az “transfermarkt” portalına istinadən xəbər verir ki, onunla 2025-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.
“Bernli”nin futbolçusu Veqhorst 2022/23 mövsümündə icarə əsasında Türkiyənin “Beşiktaş” və İngiltərənin “Mançester Yunayted” klublarında forma geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin