Vengerin 2025-ci ildə “qızıl top”a namizədləri

“Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger 2025-ci ildə “qızıl top”a iddialıların adlarını açıqlayıb.

Komanda.az “beİN Sports”-a istinadən xəbər verir ki, fransalı mütəxəssis, Məhəmməd Salahdan başqa, digər namizədlərin də olduğunu söyləyib:

“Salahdan başqa, digər namizədlər də var. “Real”dan Vinisius Junior və Kilian Mbappe “qızıl top” uğrunda mübarizə apara bilər”.

Ötən il “qızıl top”un qalibi İspaniya millisinin və “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri Hernandes olub. Vinisius uzun müddət bu mükafatı qazanmaq üçün favorit hesab olunsa da, braziliyalı hücumçu final səsverməsində ikinci olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button