Venger van Daykı günahlandırdı

“Arsenal”ın keçmiş baş məşqçisi Arsen Venger, Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində “Liverpul”un “Barselona”ya 0:3 hesabı ilə məğlub olduğu oyunla bağlı açıqlama verib.

Komanda.az “beİN Sports”a istinadən xəbər verir ki, 69 yaşlı mütəxəssis, “qırmızılar”ın buraxdığı ilk iki qolda Vircil van Daykın səhvinin olduğunu deyib:

“Qol epizodları çox maraqlıdır. Van Daykın Luis Suaresə mane olması və ora doğru getməsi lazım idi. O, bu səviyyədə bir müdafiəçinin etməməsi lazım olan səhvləri etdi. Hər iki epizodun əvvəlində van Dayk Suaresə görə çox yaxşı mövqe tutur, amma sanki daha sonra müdafiədən imtina edir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button