Venger klub prezidenti olur?
Son olaraq “Arsenal”ı çalışdıran Arsen Venger klub prezidenti ola bilər.
Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, mütəxəssis, “Renn” klubunun rəhbərliyinə keçə bilər. Fransa klubunun bir müddət əvvəl istefa verən prezidenti Oliver Letanqın yerinə Vengeri gətirmək istədiyi bildirilir. Klubun sahibi olan “Pinaults” ailəsinin 70 yaşlı mütəxəssislə danışıqlar apardığı və onu bu təklifə razı salacağı deyilir.
Venger 1996-2018-ci illərdə “Arsenal”ı çalışdırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin