Vengerin təkliflərini geri çevirdiyi klublar

Fransalı mütəxəssis Arsen Venger “Arsenal”da çalışdığı müddətdə bir sıra klubların onunla maraqlandığını deyib.

Komanda.az “beIN Sports”-a istinadən xəbər verir ki, o, həmin təklifləri rədd etdiyi üçün şad olduğunu vurğulayıb:

“Real”, “Yuventus”, PSJ-nin, eyni zamanda, İngiltərə və Fransa milli komandalarının təklifini rədd etmişdim. Düzgün qərar qəbul etdiyimi düşünürəm. İnsanlar istədikləri qədər mənim etdiklərimi mühakimə edə bilərlər. Vicdanım rahatdır. Həmin təklifləri rədd etdiyim üçün şadam. Çünki bu gün bir çox insan “Arsenal”da etdiklərimə görə mənə təşəkkür edir.

London klubunda işlədiyim üçün xoşbəxt idim. Hiss edirdim ki, məşq üçün xüsusi təsisat yarada bilsəm, stadion inşa etsəm, fantastik akademiya qursam, məndən sonra baş məşqçi kimi təyinat alacaq şəxslər layiqli şəraitdə işləyə biləcəklər. Mən klubu tərk edəndə “Arsenal”ın maliyyə durumu yaxşı idi”.

Venger 1996-2018-ci illərdə “Arsenal”ı çalışdırıb. “Topçular” onun rəhbərliyi altında üç dəfə İngiltərə Premyer Liqasının qalibi olub.

Paytaxt təmsilçisi hazırda ölkə çempionatının turnir cədvəlində 81 xalla ikincidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button