Arsen Venger narahatdır
“Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger Fransa çempionatında əcnəbi məşqçilərin sayının artmasından narahatdır.
Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, o, Avropada məşqçilik diplomlarının tanınmasında qarışıqlıq olduğunu deyib:
“Mən hesab edirəm ki, bu, hazırda yanlış tendensiyadır. Fransada əcnəbilərin sayı çox yüksəkdir. Əcnəbi məşqçilərin payının olması normaldır, çünki onlar yeni ideyalar gətirirlər. Özüm də xaricdə məşqçi işləmişəm. Amma indi Avropada məşqçilik diplomlarının tanınmasında qarşılıqlılıq olduğu üçün bu tendensiyanın qarşısını almaq artıq mümkün deyil. Əvvəla, demək istəyirəm ki, bütün bunlar fransız məşqçilərin keyfiyyəti ilə deyil, klub sahiblərinin şəxsiyyəti ilə bağlıdır”.
Keçən mövsümlərarası fasilədə məşqçi dəyişikliyi edən 6 klubdan 5-i əcnəbi mütəxəssisi seçib: Luis Enrike (PSJ), Marselino (Marsel), Adi Hütter (Monako), Françesko Farioli (Nitsa) və Karles Martinez Novel (Tuluza).
Bizi Facebook-da izləyin