Venger: “Bu, hakimlərə hörmətsizliyi dayandırmağın ən yaxşı yoludur”
FİFA-da məsləhətçi kimi çalışan Arsen Venger hakimlərin mikrofondan istifadə etməsi təşəbbüsünü müdafiə edib.
Komanda.az “BeİN Sports”a istinadən xəbər verir ki, “Arsenal”ın keçmiş baş məşqçisi, oyunlarda mikrofondan istifadə etməyin hakimlər üçün yaxşı olacağını bildirib:
“Biz özümüz insanlardan şəffaflıq tələb edirik. Hakimlər də qərarlarını izah etmək zərurəti ilə qarşılaşırlar və növbəti addım mikrofondan istifadə etməkdir. Şəxsən mən hər şeyin eşidilə biləcəyinə etiraz etmirəm. Bu, hakimlərə hörmətsizliyi dayandırmağın ən yaxşı yoludur”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin