Keçmiş futbolçu: “Venger Artetadan qorxurdu”

“Arsenal”ın sabiq futbolçusu Teo Uolkott komandanın hazırkı baş məşqçisi Mikel Arteta haqda danışıb.

Komanda.az “Up Front”-a istinadən xəbər verir ki, Uolkott, “Arsenal”ın keçmiş baş məşqçisi Arsen Vengerin Artetadan qorxduğunu deyib:

“Arteta haqqında təsəvvürümdə dönüş nöqtəsi onunla “Arsenal”da keçirdiyim təcrübə oldu. Biz o vaxt ilk 4-lükdə deyildik. 30 dəqiqə ərzində məşq etdik və Arteta məşqçi kimi hamını paltardəyişmə otağına apardı. O, hər şeyə nəzarət edirdi və həqiqəti söyləyirdi. Arsen Venger bizim məşqə çıxmağımızı gözləyirdi, amma Artetaya görə çıxmadıq. O, elə güclü xarakterə malik idi ki, hətta Venger də ondan qorxurdu”.

“Arsenal” İngiltərə Premyer Liqasının son mövsümünü 2-ci yerdə başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button