Venger Arteta ilə razı deyil

“Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger komandanın hazırkı çalışdırıcısı Mikel Artetanın sözlərini dəstəkləməyib.

“Topçular” UEFA Çempionlar Liqasının yarımfinalında PSJ-yə ümumilikdə 1:3 hesabı ilə uduzublar, ancaq Arteta nəticənin ümumi mənzərəni əks etdirmədiyini söyləyib.

Komanda.az “beIN Sports”-a istinadən xəbər verir ki, fransalı sabiq baş məşqçi “Arsenal”ın bu oyunlarda real təhlükə yaratmadığını bildirib:

“İki oyunda ümumilikdə PSJ-nin daha yaxşı olduğunu deyə bilərsiz. Parislilərin daha çox şansı var idi, “Arsenal” real təhlükə yaratmadı”.

Luis Enrikenin komandası finalda “Barselona”nı məğlub edən “İnter”lə qarşılaşacaq. Həlledici qarşılaşma mayın 31-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button