Venesuela millisinin baş məşqçisi qovuldu

Venesuela millisinin baş məşqçisi Fernando Batista vəzifəsindən göndərilib.

Komanda.az xəbər verir ki, bu barədə Venesuela Futbol Federasiyası məlumat yayıb.

Qərarın komandanın nəticələrinin qənaətbəxş olmaması səbəbindən verildiyi bildirilib. DÇ-2026-nın seçmə mərhələsində 18 xalla 8-ci yeri tutan komanda final mərhələsinə vəsiqə qazana bilməyib.

55 yaşlı argentinalı mütəxəssis 2023-cü ilin martından komandanı çalışdırırdı. Venesuela millisi Batistanın rəhbərliyi altında 28 oyun keçirib, bunlardan 9-da qələbə qazanıb. 8 dəfə heç-heçə oynayan komanda qalan görüşlərdə məğlub olub. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button