“Qarabağ”ı məğlub etmiş baş məşqçi milli komandada
Venesuela milli komandasının yeni baş məşqçisi məlum olub.
Komanda.az xəbər verir ki, yığmanın “sükan”ı Joze Pezeyruya tapşırılıb. Bu barədə Portuqaliya mətbuatı məlumat yayıb.
Pezeyru məşqçilik karyerasında ikinci dəfə milli komanda çalışdıracaq. 59 yaşlı mütəxəssis 2009-2011-ci illərdə Səudiyyə Ərəbistanı yığmasına rəhbərlik edib.
Pezeyru “Real”da köməkçi məşqçi, “Portu”, “Braqa”, “Panatinaikos” kimi klublarda baş məşqçi kimi işləyib. Portuqaliyalı mütəxəssisin son iş yeri Lissabon “Sportinq”i olub.
Pezeyru “Sportinq”in Avropa Liqasının 2018/19 mövsümünün qrup mərhələsinin ilk turunda öz meydanında “Qarabağ”ı məğlub etdiyi matçda (2:0) portuqalların baş məşqçisi idi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin