Gündoğan üçün daha bir “elçi”
“Arsenal” “Mançester Siti”nin yarımmüdafiəçisi İlkay Gündoğanla maraqlanır.
Komanda.az “Bild” nəşrinə istinadən xəbər verir ki, öncədən “şəhərlilər”in heyətində çalışan, hazırda “topçular”ın baş məşqçi postunda qərarlaşan Mikel Arteta keçidin reallaşmasını istəyir.
Almaniya millisinin üzvü 2016-cı ilin yayından “Mançester Siti”də çıxış edir. Onun klubla hazırkı müqaviləsi 2023-cü ilin yayına qədərdir.
Öncədən futbolçunun “Barselona”ya keçməyə yaxın olduğu bildirilirdi.
32 yaşlı futbolçu cari mövsümdə Mançester təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 48 oyuna çıxıb, 9 qol vurub və 7 məhsuldar ötürmə edib.
Mikel Arteta 2016-2019-cu illərdə “Mançester Siti”də köməkçi məşqçi kimi çalışıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin