
“Vau, mən səsvermədə Halandı qabaqladım!”
“İnter”in və Niderland millisinin müdafiəçisi Denzel Dumfris 2025-ci ilin “qızıl top” səsverməsində Erlinq Halandı geridə qoymasına təəccübləndiyini bildirib.
Səsvermənin yekunlarına əsasən, Dumfris 25-ci, “Mançester Siti”nin norveçli hücumçusu Haland isə 26-cı pillədə qərarlaşıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı futbolçu bu nəticəni böyük qürurla qarşılayıb:
“Belə bir tədbirdə dünyanın ən güclü futbolçuları ilə yanaşı olmaq mənim üçün xüsusi hiss idi. İlk 30-luğa düşmək böyük şərəfdir. Vau, mən səsvermədə Halandı qabaqladım! Bu, mövsüm ərzində çoxsaylı uğurlu oyunların ardından mənim üçün bayram anı idi”.
“Qızıl top” mükafatının qalibi adına PSJ-nin fransalı futbolçusu Osman Dembele layiq görülüb.
Bizi Facebook-da izləyin



