
Tanınmış futbolçu “Beşiktaş”ın bir illik müqavilə təklifini qəbul etməyib
“Real”ın sabiq müdafiəçisi Lukas Vaskes karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 34 yaşlı futbolçu “Beşiktaş”la danışıqlar aparır.
İstanbul təmsilçisi ispaniyalı oyunçuya bir illik müqavilə təklif edib, ancaq Vaskes bu variantı qəbul etməyib. O, yalnız müddəti bir ildən çox olan müqaviləyə razılaşa biləcəyini bildirib.
Vaskes son mövsümdə La Liqada 32 oyuna çıxıb, 1 qol vurub və 5 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin