“Mbappenin “Real”a transferi əlamətdar hadisədir”

“Real”ın müdafiəçisi Lukas Vaskes fransalı hücumçu Kilian Mbappenin “kral klubu”na keçidi haqda danışıb.

Komanda.az AS-a istinadən xəbər verir ki, ispaniyalı futbolçu, Mbappenin transferinin əlamətdar bir hadisə olduğunu bildirib:

“Mbappe xüsusi futbolçudur, “Real”da oynamağa üstünlük verib. Onun transferi əlamətdar bir hadisədir. Qarşıda bizi maraqlı mövsüm gözləyir. İndi komandada çoxlu böyük oyunçular var: Vinisius, Rodriqo, Bellingem…”

Daha əvvəl Vaskesin “kral klubu” ilə müqaviləni 2025-ci ilin yayına qədər uzatdığı açıqlanmışdı.

Mbappe bu yay “Real”a keçib. Tərəflər arasında beş il müddətinə uzunmüddətli müqavilə imzalanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button