“Real”dan ayrılan futbolçu Sequnda klubuna keçə bilər

“Real”ın sabiq futbolçusu Lukas Vaskes karyerasını İspaniyanın başqa klubunda davam etdirə bilər.

Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçiyə İspaniyanın ikinci liqası – Sequndanı təmsil edən “Deportivo” (La Korunya) maraq göstərir.

Vaskes hələ də yüksək səviyyədə çıxış etmək niyyətindədir, ancaq doğma şəhərinin komandası olan “Deportivo”ya keçməyə maraqlı olub-olmadığı hələlik bəlli deyil. Ona daha öncə “Milan”, “Yuventus”, “Beşiktaş” və “Vilyarreal” kimi klubların da maraq göstərdiyi bildirilib.

İspaniyalı futbolçu “Real”ın heyətində 400-dən çox oyuna çıxıb, 5 dəfə UEFA Çempionlar Liqasının, 4 dəfə isə La Liqanın qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button