“Real”ın futbolçusu Avropanı tərk edə bilər

“Real”ın müdafiəçisi Lukas Vaskes cari mövsümün sonunda komandadan ayrılmağa yaxındır.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçunun karyerasını Avropadan kənarda davam etdirmək variantlarının olduğu bildirilir.

Xüsusilə, Səudiyyə Ərəbistanı və Qətər çempionatlarında çıxış edən klublar 33 yaşlı oyunçunun transferi ilə maraqlanır.

Vaskes 2015-ci ilin yayından bəri “Real”da çıxış edir. Onun klubla hazırkı müqaviləsinin müddəti bu ilin iyununda başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button