Vardi ilə yeni müqavilə

İngiltərənin “Lester” klubu hücumçusu Ceymi Vardiylə müqavilənin müddətini artırıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

35 yaşlı futbolçu yeni sözləşməyə əsasən 2024-cü ilin yayına kimi Premyer Liqa təmsilçisinin uğurları üçün çalışmağa davam edəcək. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti 2023-cü ilin yayına qədər idi.

Vardi 2012-ci ildə “Flitvud Taun”dan “Lester”ə transfer olunub. Geridə qalan 10 ildə bu komandanın heyətində 387 oyuna çıxan futbolçu, 164 qola imza atıb. Bununla da o, klub tarixinin ən yaxşı üçüncü bombardiridir. Təcrübəli hücumçu İngiltərə milli komandasında da 26 oyun keçirib, 7 qol vurub.

“Lester” heyətinə yeni futbolçu da cəlb edib. Belə ki, bu yay “Kardiff Siti”dən azad agent kimi ayrılan qapıçı Aleksandr Smitis Premyer Liqa təmsilçisinə keçib. 32 yaşlı qapıçı ilə 2 illik müqavilə imzalanıb. İngiltərədən olan qolkiper 2018-ci ildən “Kardiff Siti”də çıxış edirdi. İngiltərənin aşağı yaş qrupları üzrə yığmalarında oynamış futbolçu, daha öncə “Haddersfild Taun” və KPR kimi klubların formasını geyinib.

Lester klubu öz qapıçısı Yakub Stolarçiklə də yeni müqavilə bağlayıb. Yeni sözləşməyə əsasən, 21 yaşlı qolkiper 2026-cı ilə qədər bu kluba məxsus olacaq. Lakin Premyer Liqa təmsilçisi polşalı futbolçunu 2022/23 mövsümünün sonuna kimi “Flitvud Taun”a icarəyə verib.

“Lester” yarımmüdafiəçisi Hamza Xudurini də “Uotford”a icarəyə verib. 24 yaşlı ingilis futbolçu mövsümün sonuna kimi Çempionşip təmsilçisində oynayacaq. Bu klubun öz yetirməsi olan yarımmüdafiəçi daha öncə “Barton Albion”da da icarədə çıxış edib. O, lesterlilərin heyətində bütövlükdə 84 oyuna çıxıb, 2 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button