Vardi “Tottenhem” azarkeşlərini ələ saldı
“Lester”in hücumçusu Ceymi Vardi dünən keçirilən matçda “Tottenhem”ə qol vuraraq, komandasına xal qazandırıb (1:1).
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 37 yaşlı futbolçu meydanı tərk edərkən “Tottenhem” azarkeşlərini ələ salmaq qərarına gəlib.
Vardi formasının qolundakı Premyer Liqanın loqosunu göstərərək, bir dəfə çempion olduqlarına işarə edib. O, daha sonra “Tottenhem” azarkeşlərinə əli ilə “0” göstərib və londonluların bu titulu heç vaxt qazanmadıqlarına işarə verib.
“Lester” 2015/2016 mövsümündə İngiltərə çempionu olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin