
Vardi Çempionşipdə oynamaq istəmir
“Lester”in futbolçusu Ceymi Vardi karyerasını Premyer Liqada davam etdirməyə ümid edir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingilətərəli forvard İngiltərənin ikinci divizionu olan Çempionşipdə oynamaq istəmir.
Vardi daha əvvəl cari mövsümün sonunda “Lester”dən ayrılacağını açıqlayıb.
38 yaşlı futbolçu 2012-ci ildən “Lester”də çıxış edir. O, bu müddət ərzində İngiltərə çempionu, ölkə kubokunun və superkubokunun qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



