
Vardi “Lester”dən ayrılacağını açıqladı
“Lester”in futbolçusu Ceymi Vardi cari mövsümün sonunda komandadan ayrılacaq.
Komanda.az xəbər verir ki, 38 yaşlı hücumçu bu barədə klubun X sosial şəbəkə hesabındakı paylaşımında bildirib.
Vardi 2012-ci ildən “Lester”də çıxış edir. O, bu mövsüm Premyer Liqada 7 qola imza atıb.
İngiltərə çempionatında 18 xalla 19-cu sırada yer alan “Lester”in Çempionşipə düşəcəyi dəqiqləşib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



