Vardi İtaliya klubu ilə müqavilə imzalayıb

İngiltərəli hücumçu Ceymi Vardi karyerasını İtaliyada davam etdirəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Lester”dən ayrıldıqdan sonra azad agent statusunda olan 38 yaşlı forvard “Kremoneze” ilə 1 illik müqavilə imzalayıb.

Sözləşmədə müddətin daha bir mövsüm uzadılma şərti də yer alıb.

Vardi 13 il “Lester”in şərəfini qoruyub və 2015/16 mövsümündə klubla birlikdə İngiltərə Premyer Liqasının çempionu olub. O, ötən mövsüm isə 35 oyunda iştirak edib və 9 qol vurub.

“Kremoneze” yeni mövsümün startında ardıcıl iki qələbə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button