
Varan Səudiyyə Ərəbistanı klubuna keçə bilər
“Mançester Yunayted”in müdafiəçisi Rafael Varan karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Komanda.az “90min”-ə istinadən xəbər verir ki, fransalı futbolçunun xidmətində “Əl-İttihad” maraqlıdır.
Klub rəhbərliyi Varana 30 milyon avro maaşla müqavilə təklif etməyə hazırdır.
Varanın “Mançester Yunayted”lə müqaviləsi 2025-ci ildə başa çatır. O, bu mövsüm komandanın heyətində 23 oyun keçirib və 1 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin