“Varan kimi oyunçular azad agent bazarında nadir hallarda görünür”

“Çelsi”nin keçmiş oyunçusu Qlen Conson “Mançester Yunayted”in müdafiəçisi Rafael Varanı “təqaüdçülər” arasında görmək istəyir.

Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu, Varan kimi oyunçuların azad agent bazarında nadir hallarda göründüyünü bildirib:

“Varan kimi oyunçular azad agent bazarında nadir hallarda görünür. Bəli, bu, bir neçə il əvvəl olduğu Rafael deyil, amma yenə də yaxşı səviyyədə oynayır. Onun zədə problemləri var, ancaq siz ona görə pul ödəmədən müqavilə imzalaya bilərsiz. Hətta o, matçların 50 faizində iştirak etsə belə, bu, artıq yaxşı sövdələşmə olacaq”.

Rafael Varan bu mövsüm 21 oyun keçirib, bir qol vurub və iki sarı vərəqə alıb. Fransalı futbolçu yayda azad agent olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button