Varanın karyerasını bitirəcəyi klub

“Mançester Yunayted”in müdafiəçisi Rafael Varan karyerasını bitirəcəyi klubun adını açıqlayıb.

Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, o, Liqa 1 təmsilçisi “Lans”da futbolçu karyerasını bitirmək istədiyini deyib.

Varan peşəkar oyunçu karyerasına Fransa klubunda start verib (2010-2011), 2011-ci ildə “Real”a transfer olunub (2011-2021). Fransalı oyunçu 2021-ci ildən “Mançester Yunayted”də çıxış edir.

Varan cari mövsümdə “qırmızı şeytanlar”ın heyətində bütün turnirlər daxil olmaqla 27 oyuna çıxıb. Onun klubla sözləşməsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button