VAR sistemi sınaqdan keçirildi – Azərbaycanda
Azərbaycan Premyer Liqasında tətbiqi nəzərdə tutulan VAR (Video Assistant Referee) sistemi ilk dəfə olaraq test rejimində sınaqdan keçirilib.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “ASK Arena”da keçirilmiş Azərbaycan U-17 – “Şamaxı” U-19 qarşılaşmasının baş hakimi Fərid Hacıyev olub. Video köməkçi hakim funksiyasını isə Elçin Məsiyev və Kamal Umudlu yerinə yetirib.
FİFA-nın müvafiq tələbinə uyğun olaraq, VAR sistemi rəsmi oyunlarda tətbiqindən əvvəl test rejimində sınaqdan keçirilməlidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin