
VAR “Qarabağ”ın qoluna “yox” dedi
“Qarabağ”ın Bakıda Macarıstan “Ferentsvaroş”una qarşı keçirdiyi UEFA Çempionlar Liqasının ilk oyununda vurduğu qol ləğv edilib.
Komanda.az xəbər verir ki, ilk yarının əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə İbrahima Vadji ikinci topu qonaqların qapısından keçirib. Amma VAR sisteminin müdaxiləsindən sonra qol qeydə alınmayıb. Buna məhsudar ötürməni verən Marko Veşoviçin topu qəbul edərkən ofsaydda olması səbəb olub.
İlk hissədən sonra hesab 1:1-dir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin