“Var gücümlə çalışacam ki, etimadı doğruldum” – “Neftçi”nin məşqçisi

“Var gücümlə çalışacam ki, etimadı doğruldum”.

Komanda.az xəbər verir ki, bunu “Neftçi” basketbol klubunun məşqçisi Davit Çivçivadze Azərbaycan Basketbol Liqasının 10-cu turunda “Abşeron”a qarşı keçirdikləri oyunla bağlı danışarkən deyib.

Mütəxəssis paytaxt təmsilçisinin mətbuat xidmətinə açıqlamasında komandasının əzmkar mübarizə apardığını bildirib:

“İlk olaraq mənə göstərilən etimada görə klub rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm. Var gücümlə çalışacam ki, etimadı doğruldum. Oyunçularıma əzmkar mübarizəyə görə təşəkkürümü bildirirəm. Çox gərgin oyun oldu. Hər iki komanda qarşılaşmaya qısa müddət ərzində hazırlaşmışdı. Buna baxmayaraq, çox yaxşı oynadıq, aqressivlik göstərdik. Ümid edirəm ki, növbəti qarşılaşmalarda daha yaxşı oyun nümayiş etdirəcəyik. Məşqlərdə olduğu kimi, komanda müdafiədə aqressiv, hücumda isə düzgün ötürmələr edərək yaxşı oyun göstərdi”.

“Neftçi” 10-cu turun matçında “Abşeron”a 84:76 hesabı ilə qalib gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button