Vaqner Lav rəsmən “Kayrat”da
Futbol üzrə Braziliya yığmasının sabiq hücumçusu Vaqner Lavın Qazaxıstanın “Kayrat” klubuna transferi tam rəsmiləşib.
Komanda.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.
Bir neçə gün öncə Qazaxıstana gələn və koronavirus testindən uğurla keçən futbolçu artıq rəsmi müqaviləyə imza atıb. Tərəflər 6 aylıq anlaşıblar.
Qeyd edək ki, Vaqnerin son iş yeri Braziliyanın “Korintians” klubu olub. Bu klubla müqaviləsini ötən ay ləğv edən 36 yaşlı forvard, karyerası ərzində “Palmeyras”, “Flamenqo”, “Monako”, ÇSKA (Moskva), “Şandonq Lunenq”, “Alanyaspor” və “Beşiktaş” klublarının da formasını geyinib.
“Kayrat”ın lider olduğu Qazaxıstan çempionatında yeni mövsüm artıq ikinci dəfə koronavirus pandemiyasına görə dayandırılıb. Turnirin nə vaxt davam etdiriləcəyi hələ bilinmir.
Bizi Facebook-da izləyin