Vaqif Cavadov: “Yüzdə yüz əminəm ki, “Sumqayıt” Premyer Liqadan düşməyəcək”

“Sumqayıt” bu gün Azərbaycan Premyer Liqasının 25-ci turunda “Qarabağ”ı qəbul edib.

Komanda.az xəbər verir ki, 0:2 hesabı ilə məğlub olan “kimyaçılar”ın baş məşqçisi Vaqif Cavadovun oyundan sonra mətbuat konfransı keçirilib. Cavadov çox çalışdıqlarını bildirib:

“Çox danışmayacam. Çox çalışırıq. Azarkeşlərə gəldiklərinə görə təşəkkür edirəm. Deməyə çox da söz yoxdur. Maraqlı oyun oldu. Çox çalışırıq və inanıram ki, “Kəpəz”lə matçda bəhrəsini görəcəyik.

Mən yenə də deyirəm, futbolçularım psixoloji çətinlik yaşayır. İnanıram ki, Gəncə komandası ilə oyunda hər şey düzələcək. Həmin oyundan sonra hər şey ola bilər, istefa da verməyim mümkündür. Amma yenə də deyirəm, çox çalışırıq və bunları yoluna qoyacağıq. Ruhdan düşmürük, əlimdən gələni edirəm ki, oyunumuz düzəlsin. Yüzdə yüz əminəm ki, “Sumqayıt” Premyer Liqadan düşməyəcək. İndi əsas məqsədimiz komandanı bu durumdan çıxarmaqdır. Mən buraya gələndə bu komanda belə vəziyyətdə idi.

Üzgünəm. İnanıram ki, biz bu vəziyyətdən çıxacağıq. Komandaya ilk gələndə qələbə qazandıq. Hamı deyirdi ki, “Vaqif “Sumqayıt”ı vəziyyətdən çıxardı”. İndi isə əksi danışılır”.

“Sumqayıt” növbəti turda evdə “Kəpəz”lə qarşılaşacaq.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button