Vaqif Cavadov yeni vəzifəsinin icrasına başladı

Bu gün “Sumqayıt”ın baş məşqçi vəzifəsini icra edən Vaqif Cavadov klub prezidenti Riad Rəfiyev tərəfindən kollektivə təqdim olunub.

Komanda.az xəbər verir ki, daha sonra 35 yaşlı mütəxəssis komandanı ilk məşqinə çıxarıb.

Məşqi izləyənlər arasında klubun Müşahidə Şurasının sədri, “Azərikimya” İB-nin baş direktoru Elnur Məmmədli də olub. Vaqif Cavadov və futbolçularla məşqdən öncə söhbət edən Elnur Məmmədli onlara güvəndiyini bildirib və komandaya qarşıdakı oyunlarda uğurlar arzulayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button