Vaqif Cavadov “Tvente”də təcrübədə olub

“Sumqayıt”ın əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Vaqif Cavadov PRO kateqoriyalı məşqçilik kursları çərçivəsində Niderlandın “Tvente” klubunda təcrübədə olub.

Komanda.az xəbər verir ki, bu barədə “gənclik şəhəri” təmsilçisi məlumat yayıb.

Mütəxəssis səfər zamanı həm əsas komandanın, həm də “Tvente” akademiyasının məşqlərini izləyib.

O, klubun bir sıra rəsmiləri – komandanın baş məşqçisi Con van den Brom, “Tvente”nin inkişaf direktoru Rob Bodre, skaut Vud Brama, akademiyanın futbolun inkişaf departamentinin rəhbəri Bas van Baar həmçinin klubun meneceri Yan van Staa ilə görüşüb, onlarla bir sıra məsələlərdə fikir mübadiləsi aparıb.

Vaqif Cavadov futbolçu olduğu dönəmdə, 2010/2011 mövsümündə bu komandanın formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button