Vaqif Cavadov: “Mən danışsam, cəzalandırılacam”

“Sumqayıt” bu gün Azərbaycan Premyer Liqasının 24-cü turunun açılış matçında “Neftçi”nin qonağı olub.

Komanda.az xəbər verir ki, “kimyaçılar”ın baş məşqçisi Vaqif Cavadov 0:1 hesabı ilə məğlub olduqları oyunu belə şərh edib:

“Meydançada verilən qərarlara baxın, mən danışsam, cəzalandırılacam. “Neftçi”ni qələbə mübasibətilə təbrik edirəm. Hadisələrin axarını gördüz. İnanıram ki, həm oyunla, həm də hakimliklə bağlı ədalətli təhlillər yazacaqsız. Medianın ədalətli yazılarını oxumuşuq. İnanıram ki, yenə belə məqalələr yazacaqsız. Komandam üçün ancaq irəli getməsini arzulayıram. Futbolçularımdan razıyam. Son 10 dəqiqəyə nəzər yetirin. Meydançada verilən qərarlara baxın. Mən danışsam, cəzalandırılacam. Başqa məsələlər haqda danışmaq istəmirəm. Artıq nəsə dəyişməyəcək.

Təbii ki, səhvlərimiz də oldu. Amma həmin anlara qədər üstün oynadıq. Qol epizodları yaratsaq da, yararlana bilmədik.

Əvvəlcədən belə olacağından xəbərdar idik. Hava şəraitinin planımıza hansısa təsiri olmadı. Razıyam ki, komandam birinci hissədə yaxşı oynasa da, ikinci yarıda xoş təsir bağışlamır. Amma yeni və zədədən qayıdan futbolçuları indidən yükləmək istəmirik. Yoxsa sonra problemlər yaranacaq.

Mən cadudan bəhs etməmişəm. Bu gün VAR-da olan hakimlərin qərarlarına baxın. Qərarlar ədalətli olsa, nəticələrimiz yaxşı olar. Amma futbolda danışmaq yox, çalışmaq lazımdır. Növbəti oyuna hazırlaşmalıyıq

22 xalımız var. “Səbail” 17 xalla sonuncu pillədədir. Deməli, hazırda təhlükəli zonada olsaq da, indi nəsə baş vermir. Bizi “Şamaxı” da uda bilər, başqası da. Mən komandamın daha yaxşı çıxış etməsini istəyirəm”.

“Sumaqayıt” növbəti turda evdə “Qarabağ”ı qəbul edəcək.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button