
Vaqif Cavadov: “Mən bu mərhələni keçməliydim”
“Sumqayıt” bu gün Azərbaycan Premyer Liqasının 27-ci turunda “Turan Tovuz”un qonağı olub.
Komanda.az xəbər verir ki, matçdan sonra “kimyaçılar”ın baş məşqçisi Vaqif Cavadovun mətbuat konfransı keçirilib. Cavadov 2:1 hesabı ilə qalib gəldikləri oyunu belə şərh edib:
“Gərgin oyun keçdi. Hər iki komanda qalib gəlmək istəyirdi. Bu gün biz daha çox istəkli idik. Rəqib komanda çox yaxşıdır. Kurban Berdıyevin yaxşı komandası var. Üç xalımızı qazandıq. Yolumuza davam edirik. Futbolçularıma təşəkkür edirəm.
Mən bu mərhələni keçməliydim. Hər bir məşqçinin karyerasında bu olmalıdır, çətin bir zolağdan keçdik. Son iki oyun, hətta “Qarabağ”a qarşı matçımız da daxil olmaqla, çox yaxşı oyunlar keçirdik. Bu situasiyadan çıxmalı idik. Buna görə güclü, səbirli olmaq lazım idi. Sağ olsun, rəhbərlik də mənə inandı, dəstək oldu.
Komandada işlər hər zaman yolundaydı. Hər şey qaydasındadır. Yenə də deyirəm ki, nələrsə düzgün getməsəydi, mən bu gün burda olmazdım. Hər şey yaxşıdır, yolumuza davam edirik. Oyunçularıma təşəkkür edirəm. Bu gün hər şey qaydaısında idi, istədiyimizə nail olduq. Buna görə də komandama təşəkkür düşür”.
“Sumqayıt” növbəti turda “Sabah”ı qəbul edəcək.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



