
Vaqif Cavadov istefaya göndərildi – RƏSMİ
“Sumqayıt” baş məşqçisi Vaqif Cavadovla yollarını ayırıb.
Klubdan Komanda.az-a verilən məlumata görə, qərar 35 yaşlı mütəxəssislə rəhbərlik arasında bu gün baş tutan iclasdan sonra qəbul edilib.
Onun müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib. O, bundan sonra klubun aşağı yaş qruplarından ibarət komandalarından birində məşqçi kimi fəaliyyətini davam etdirəcək.
Vaqif Cavadovla ötən il 2,5 illik müqavilə imzalanmışdı.
“Sumqayıt” son olaraq Azərbaycan Premyer Liqasının 34-cü turunda “Kəpəz”ə 0:1 hesabı ilə məğlub olub. Komanda hazırda turnir cədvəlində 30 xalla doqquzuncu sırada yer alıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



