
Vaqif Cavadov: “Getməyim komandanın xeyrinədirsə, gedərəm”
“Sumqayıt” Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Sabah”a 0:4 hesabı ilə məğlub olaraq, turnirdə mübarizəni dayandırıb.
Komanda.az xəbər verir ki, “kimyaçılar”ın baş məşqçisi Vaqif Cavadov matçdan sonra keçirilən mətbuat konfransında iştirak edib:
“İki fərqli hissə izlədik. Çox yaxşı rəqibə məğlub olduq. Hesab öz sözünü dedi. Ona görə də, nəsə deməyə ehtiyac yoxdur.
İstədiklərimizi reallaşdıra bilmirik. Ya məşqçi getməlidir, ya futbolçular. Komanda 0:4 uduzub, amma qol imkanlarımız var idi. Nəyəsə gücümüz çatmır. Getməyim komandanın xeyrinədirsə, gedərəm. İnanıram ki, bu vəziyyətdən çıxacağıq”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin