Həm “təqaüdə çıxdım” deyir, həm də, təklif gözləyir

Futbol üzrə Niderland millisinin sabiq baş məşqçisi Lui van Qal Portuqaliya yığmasını çalışdıra bilər.

Komanda.az “Goal” nəşrinə istinadən xəbər verir ki, niderlandlı mütəxəssis Portuqaliya yığmasına rəhbərlik edə biləcəyini bildirib:

“Mən yenidən təqaüdə çıxdım. Lakin Portuqaliyadan təklif gəlsə, onları dinləyəcəm. Deyə biləcəyim tək şey budur”.

Niderland millisi DÇ-2022-nin 1/4 finalında Argentinaya məğlub olaraq (2-2, penaltilər: 3-4), turnirlə vidalaşıb. 71 yaşlı mütəxəssis həmin matçdan sonra baş məşqçi postunu tərk edib.

Portuqaliya isə DÇ-2022-nin 1/4 final mərhələsində Mərakeşə uduzub (0:1).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button